|
|
|
|

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar 88 yaşını qeyd edib.
Ad günü münasibəti ilə çoxsaylı təbriklər alan Xalq yazıçısı onu təbrik edənlərə təşəkkürünü çatdırıb.
“Ad günüm münasibətilə məni telefonla, məktublarla, mətbuat səhifələrində və saytlarda təbrik edən yüzlərlə insana ürəkdən təşəkkür edirəm. Nə yaxşı ki, xeyirxah insanlar bədxahlardan dəfə-dəfə çoxdur”, - deyə o bildirib.



