|
|
|
|

“Hörmüz boğazındakı qeyri-sabitliyin əsas səbəbi ABŞ və İsrailin hərbi əməliyyatlarıdır”.
525.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığında bildirib.
Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyətə regiondakı ümumi vəziyyətdən ayrı baxmaq olmaz.
“Boğazda naviqasiyanın pozulması ABŞ və İsrail tərəfindən aparılan müharibənin nəticəsidir. Sülh və təhlükəsizliklə bağlı narahat olan hər hansı bir dövlət və ya beynəlxalq təşkilat bu ölkələrin hərəkətlərini məsuliyyətlə və dərhal pisləməli, İran xalqına qarşı hərbi əməliyyatlara son qoyulmasını tələb etməlidir", - o deyib.
Əraqçi, həmçinin İsrailin Livana qarşı təcavüzünü və yüzlərlə mülki şəxsin ölümünü pisləyərək qeyd edib ki, İsrailin qanunsuz hərəkətlərinə qarşı davamlı passivlik və laqeydlik yalnız münaqişənin genişlənməsinə, regionda və dünyada qeyri-sabitliyin artmasına səbəb olacaq.
Pərvanə Sultanova



