|
|
|
|

İranın Moskvadakı səfiri Kazem Cəlali yeni Ali Rəhbər Müctəba Xameneinin müalicə üçün Rusiyada olması ilə bağlı xəbərləri təkzib edib.
525.az xəbər verir ki, bu barədə iranlı diplomat “X” hesabında yazıb.
O qeyd edib ki, Ali Liderin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni bir psixoloji müharibədir: “İran liderlərinin qaçıb sığınacaqlarda gizlənməyə ehtiyacları yoxdur, onların yeri küçələrdə xalq arasındadır”.
Xatırladaq ki, daha əvvəl Xameneinin sağlamlıq problemləri səbəbindən gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlər yayılıb.
Pərvanə Sultanova



