|
|
|
|

İsrail Müdafiə Qüvvələri (IDF) İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyü ilə bağlı rəsmi məlumat yayıb.
525.az xəbər verir ki, ordunun açıqlamasında Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarından və unikal əməliyyat fürsətindən istifadə edərək Tehrana dəqiq zərbə endirildiyi, nəticədə Laricaninin öldürüldüyü vurğulanıb.
Qeyd olunub ki, Laricani uzun illər İran rejimi rəhbərliyində ən yüksək rütbəli və ən təcrübəli liderlərdən biri hesab olunurdu və sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin yaxın tərəfdaşı olub. Xameneinin sui-qəsdindən sonra Laricani İran rejiminin faktiki lideri statusunu möhkəmləndirdi, İsrail dövlətinə və region ölkələrinə qarşı müharibəyə rəhbərlik etdi.
Tehran yaxınlığında təhlükəsiz bir ərazidə yerləşən Laricani, vəzifəsinin bir hissəsi olaraq, İran rejiminin siyasi və hərbi koordinasiyasına nəzarət edir və beynəlxalq fəaliyyətlərini idarə edirdi. İranda rejimə qarşı son etiraz dalğası zamanı Laricani nümayişçilərə qarşı repressiyalara şəxsən nəzarət edib. Onun ölümü Tehranın İsrailə qarşı düşmənçilik hərəkətlərini koordinasiya etmək imkanlarına ciddi zərbə vurur.
Pərvanə Sultanova



