|
|
|
|

Dünən Əfqanıstanın paytaxtı Kabildə narkotik asılılığı olanların müacilə aldığı xəstəxanada qətliam törədilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti məlumat yayıb.
Bildirilib ki, Pakistanın hücumları nəticəsində xəstəxanada 400 nəfər ölüb, 250 şəxs isə yaralanıb.
Lakin Pakistan rəsmiləri bunu təkzib ediblər. Onlar xəstəxananın deyil, terror infrastrukturunun hədəf alındığını bildiriblər.
Pakistanın informasiya naziri Attaullah Tarar Kabil və Nangarhardakı hücumlarda hərbi obyektlərin hədəf alındığını söyləyib.
Xatırladaq ki, Əfqanıstan və Pakistan arasında 22 fevraldan etibarən silahlı toqquşmalar baş verir.
İbrahim Cəfərov



