|
|
|
|

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin dörd şəhərinə və Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbələr endirib.
525.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Qeyd edilib ki, 62-ci hücum dalğası zamanı ABŞ- müasir hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldıqdan sonra Akko, Hayfa, Təl-Əviv və Beer-Şevadakı hədəflər raketlərlə vurulub.
Məlumatda vurğulanıb ki, üçüncü dəfədir Yaxın Şərqdəki bütün ABŞ hərbi bazaları, o cümlədən Əd-Dəfra, Əl-Cüfeyr, Əli əs-Salim və Əl-Əzraqda yerləşən bazalar da zərbələrə məruz qalıb.
Pərvanə Sultanova



