|
|
|
|

Uttar-Pradeş ştatında fermerlər məhsulu meymunlardan qorumaq üçün maraqlı varianta əl atıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar ayı libasında sahələrə çıxaraq meymunları qorxutmağa çalışırlar. Üstəlik, onlar ayı kimi səs çıxarırlar ki, "əməliyyat" daha inandırıcı görünsün.
Buna kimi fermerlər meymunları müxtəlif yollarla, məsələn, səs-küy salmaqla əkin sahələrindən uzaqlaşdırmağa çalışsalar da, bu, elə də effektli olmayıb. Hələlik süni ayılar gözləntiləri doğruldur. Meymunlar kartof, çiyələk sahələrindən, hətta evlərdən uzaq dururlar. Amma mütəxəssislər bunun çox çəkməyəcəyini proqnozlaşdırır. Axı, meymunlar digər heyvanlarla müqayisədə ağıllıdırlar.
L.Tağıyeva



