|
|
|
|

“Budapeşt mövqeyini dəyişməyib. Ukrayna “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü bərpa edənə qədər ona 90 milyard avroluq Avropa İttifaqı kreditini almağa icazə verməyəcək”.
525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban hökumətin iclasından sonra deyib.
O, 19 martda Brüsseldə keçiriləcək Aİ sammitində Ukraynanın neft blokadasını qaldırmasında israr edəcəyini və Kiyevin maliyyələşdirilməsi ilə bağlı Aİ-nin heç bir qərarı ilə razılaşmayacağını açıq şəkildə bildirib.
"Biz Brüsselə gedirik, orada şiddətli mübarizə aparmalı olacağıq, çünki avropalılar ukraynalılara 90 milyard avro kredit vermək istəyirlər Biz istədiyimizi alana qədər bununla razılaşmayacağıq", - Orban əlavə edib.
Pərvanə Sultanova



