|
|
|
|

“Çin ABŞ da daxil olmaqla, xarici gücləri Tayvan məsələsinə müdaxilə etməmək və "Çin təhdidi" nəzəriyyəsini yaymamaq barədə xəbərdarlıq edir”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinqdə bildirib.
"Tayvan məsələsi Çinin daxili işidir. Tayvan məsələsinin həlli tamamilə Çin xalqının öz məsələsidir, heç bir xarici qüvvənin müdaxiləsinə icazə verilmir. Amerika tərəfi "vahid Çin" prinsipinə və Çin ilə ABŞ arasında üç birgə kommunikeyə riayət etməli, Tayvan məsələsində ehtiyatla hərəkət etməlidir. Eyni zamanda, ABŞ-dakı müvafiq qurumlar və şəxslər ideoloji qərəzlərdən və soyuq müharibə düşüncəsindən imtina etməli, Çinə olan baxışlarını dəyişdirməli və “Çin təhdidi” nəzəriyyəsini yaymağı dayandırmalıdırlar", - diplomat deyib.
Pərvanə Sultanova



