|
|
|
|

“Ölkədə yağıntılar evlərə əmlaklara ciddi fəsadlar yaradır. Ötən illərdə belə hadisələr baş verməsinə baxmayaraq, əmlak sığortası 2025-ci ilin müvafiq dövrü ilə müqaisədə cəmi 8 faiz artıb. Əslində təkrarlanan hallar üçün böyük artım sayıla bilməz.Baş verən təbii hadisələrdən insanlarımız niyə nəticə çıxarmaq istəmir? Ev almaq və ya inşa etdirmək ən azından 50-100 min manatdan çox vəsait tələb edir. Bəs bu qədər vəsait xərcləndiyi zaman həmin mülkün təhlükəsizliyinə niyə ildə 50-100 manat xərcləmək istəmirik? Təbii və digər fəlakətlərə qarşı əmlak sığortasına niyə biganə yanaşırıq? Bu gün daşınmaz əmlak sahiblərinə, əsasəndə həyət evində yaşayanlara əmlak sığortası hər bir ailəni ciddi zərərlərin qarşılanmasına dəstək ola bilərdi”.
Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a açıqlamasında deyib. O vurğulayıb ki, bu problemlər daşınar əmlakların da kasco sığortasını ciddi aktuallaşdırır. Mövcud məlumatlara əsasən ölkədə daşınmaz əmlakın təxminən 15-20 faiz sığortalanıb. Baxmayaraq ki, beynəlxalq təcrübədə bu rəqəm 70-90 faiz təşkil edir.
Sevinc Qarayeva



