
Fransa və İngiltərəni birləşdirən La-Manş boğazında növbəti dəfə miqrant faciəsi yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Pas-de-Kale bölgəsindəki Sent-Etyen-au-Mont sahillərində, yerli vaxtla təxminən 7:30-da gözləyən qayığa minmək istəyən miqrantları axın aparıb. Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.
Faciədə iki kişi və iki qadın olmaqla 4 nəfər həyatını itirib, 38 nəfər isə xilas edilib.
Bulon prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
İbrahim Cəfərov



