
Fransanın məşhur "Renault" avtomobil konserni mühəndislərin bir hissəsini ixtisar edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə konsernin rəhbər şəxslərindən biri mətbuata xəbər sızdırıb.
Proses 2 il davam edəcək. Bu müddətdə mühəndislərin 15-20 faizinin işdən kənarlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda "Renault"da 11 min mühəndis çalışır. Xəbər təsdiqini tapsa, təxmini 2400 mütəxəssislə müqavilə pozulacaq.
L.Tağıyeva



