https://525.az/img/pics/medium/2026-03/384915_poiwrb1kqe.jpg Pis rəsm - Məryəm Bağırova yazır
https://525.az/img/pics/medium/2026-06/395923_5ndg67b1s4.jpg İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Futbolun yaratdığı hekayə - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/395710_l636s74epr.jpg Əli Kərimlə bağlı doğma xatirələr - II hissə
search
1 İyul 2026
30 İyun 2026

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibləri müəyyənləşdi

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibləri müəyyənləşdi

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibləri bəlli olub.

525.az xəbər verir ki, velosipedçilər "Sea Breeze"dən İsmayıllıya qədər 193,3 km məsafəni qət ediblər. 

Qazaxıstanlı Yevgeni Fyodorov finiş xəttinə hamıdan birinci çatıb. "Astana" komandasının üzvü olan Fyodorov məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib. İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundez üçüncü olub.

Mərhələ başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

Dünən keçirilən ilk mərhələnin qalibi Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko olmuşdu.

Qeyd edək ki, beş mərhələdən ibarət olan yarışa mayın 14-də Xankəndi mərhələsi ilə yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.