https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Sterlinq narkotikə görə saxlanıldı

Sterlinq narkotikə görə saxlanıldı

İngiltərə millisinin sabiq oyunçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.

525.az "The Atletic"ə istinadən xəbər verir ki, "Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.

Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib.

Sterlinq daha sonra girov müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu bu ilin fevralında “Feyenoord”a keçib. O, Niderland klubunun heyətində 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.. Sterlinq daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul” klublarında da çıxış edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.