https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

41 yaşlı Oçoa da mundiala gedir

41 yaşlı Oçoa da mundiala gedir

Meksika millisinin DÇ-2026-nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.

525.az xəbər verir ki, yığmanın baş məşqçisi Xavyer Aqirrenin turnirə aparacağı 26 futbolçu arasında 41 yaşlı qapıçı Gilyermo Oçoa da var. Bu, Oçoanın 6-cı denya çempionatı olacaq. O, daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib. 

Qapıçılar: Raul Rangel ("Qvadalaxara"), Karlos Asevedo ("Santos Laquna"), Gilyermo Oçoa (AEL).

Müdafiəçilər: İsrael Reyes ("Amerika"), Xorxe Sançes (PAOK), Sesar Montes ("Lokomotiv"), Edson Alvares ("Fənərbaxça"), Xoan Vaskes ("Cenoa"), Xesus Qalyardo ("Toluka"), Mateo Çaves ("AZ Alkmaar").

Yarımmüdafiəçilər: Alvaro Fidalqo ("Betis"), Brian Qutyerres ("Qvadalaxara"), Orbelin Pineda (AEK Afina), Erik Lira ("Krus Asul"), Luis Romo ("Qvadalaxara"), Obed Varqas ("Atletiko"), Cilberto Mora ("Tixuana"), Luis Çaves ("Dinamo" Moskva).

Hücumçular: Roberto Alvarado ("Qvadalaxara"), Sesar Uerta ("Anderlext"), Gilyermo Martines ("Pumas"), Armando Qonsales ("Qvadalaxara"), Santyaqo Ximenes ("Milan"), Raul Ximenes ("Fulhem"), Xulian Kinyones ("Əl-Qadisiyə"), Ernesto Veqa ("Toluka").

Qeyd edək ki, Meksika millisi dünya çempionatının qrup mərhələsində Cənubi Afrika Respublikası, Cənubi Koreya və Çexiya yığmaları ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.