https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026
1 İyul 2026

Xankəndidə sosial aksiya

Xankəndidə sosial aksiya

AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib. Tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.

525.az xəbər verir ki, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxışında uşaqların rifahının və təhsilinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin formalaşmasında vacib rol oynadığını vurğulayıb.

Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələri beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Gülnurə Əkbərzadə təqdim ediblər. Referilər uşaqlarla görüşərək onları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıblar.

Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.