https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

"Kaş, Kür çayı daşaydı" (VİDEO)

"Kaş, Kür çayı daşaydı" (VİDEO)

“Ötən həftə sonu İsveçin paytaxtı Stokholmda keçirilən möhtəşəm bayram konsertindəki çıxışım böyük bir uğur idi”.

Bunu Lent.az-a açıqlamasında müğənni-rejissor Fuad Dadaşov deyib. O, bildirib ki, ifa etdiyi “Kür Çayı” kompozisiyası dünya azərbaycanlılarına ithaf edilmişdi və qısa zamanda soydaşlarımız arasında sevilib. Bakı və Moskvadan sonra bu əsər Avropada ilk dəfə İsveç səhnəsində təqdim edilib.

Müğənni bildirib ki, ifa etdiyi “Təbrizim” və Müslim Maqomayevin repertuarından olan “Azərbaycan” mahnıları da vətənpərvərlik əhval-ruhiyyəli gecədə gur alqışlarla qarşılanıb. 480 nəfərlik konsert zalındakı publika bu mövzuya necə ehtiyac duyduğunu ayaq üstə alqışlarla sübut edib.
Qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən konsertdə Azərbaycanın xalq artistləri Yaqub Zurufçu, qarmon ustası Avtandil İsrafilov, tanınmış estrada ulduzları Röya Ayxan, müğənni-rejissor Fuad Dadaşov, Moskvada fəaliyyət göstərən Azərbaycan Dərviş Teatrının aktyoru Şirzad Pirallahi iştirak ediblər.

Konsert xeyriyyə xarakterli olmaqla bu ilin yayında Güney Azərbaycanda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə yardım məqsədi daşıyıb.

525.az “Kür Çayı” kompozisiyasını təqdim edir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.