|
|
|
|

“Fani ömür biter, bir uzun sonbahar olur.
Yaprak, çiçek ve kuş dağılır, tarümar olur.
Mevsim boyunca kendini hissettirir veda;
Artık bu dağdağayla uğuldar deniz ve dağ.
Yazdan kalan ne varsa olurken haşır neşir;
Günler hazinleşir, geceler uhrevileşir;
Teşrinlerin bu hüznü geçer ta iliklere.
Anlar ki yolcu, yol görünür selviliklere.
Yaşlılara Hörmət Həftəsini(18-24 mart) düşünəndə Yahya Kamal Beyatlının “Payız” adlı şeiri yadıma düşdü.
Ömrün sonu yaşa doluncamı gəlir?
Yahya Kamal Beyatlının dediyi kimi, ömrün payızıdırmı yaşlılıq?
Ya da Yunis İmrənin “Gəldi keçdi ömrüm mənim” şeirində dilə gətirdiyi kimi, ömrün ruzgar kimi keçib getməsidirmi?
“Geldi geçti ömrüm benim
Şol yel esip geçmiş gibi.
Hele bana söyle gelen,
Şol göz yumup açmış gibi.
lll
İş bu söze Hak tanıktır,
Bu can gövdeye konuktur.
Bir gün ola bu çıka gide
Kafesten kuş uçmuş gibi”.
Şübhəsiz, hamı çox yaşamaq və həmişə gənc qalmaq istəyir. Buna baxmayaraq zaman sürətlə axıb gedər...
Hər şeyi çox yaxşı bilən ya da bildiyini düşünən gənclər hər şeydən şübhələnən özündən əmin, inadcıl bir az da təcrübəli orta yaşlılar, səbr sərgiləyən, səmimiyyətlə hər şeyə inanan və qəbul edən yaşlılar...
Dünyaya gələndə ağlayarkən çevrəsindəkilərinsə gülümsədiyi uşağa aid bir qədim kitabədə yazılıb: “Elə ömür sür ki, sən doğulanda ağlayan zaman gülənlər, sən öləndə gülən zaman ağlasınlar”.
İnkişaf edən dünya və dəyişən həyat şəraitiylə yeni bilgilər qazanmaqda olan gəncləri təqdir etməmiz, eyni zamanda yaşlılara da güvənimiz gərəkdir. Çünki onların ömür boyu əldə etdikləri çox qiymətli təcrübələr vardır ki, bunlar da uzun həyat təcrübəsinin nəticəsində qazanılmışdır. Onlar müdrikcəsinə davranmağı, uzaqgörən, anlayışlı olmağı yaşayaraq öyrənmişdilər.
“Yaşlanmanın üzümüzdən çox ağlımızda qırışlar yaradacağından qorxaram” - deyə Montenin müdrikcəsinə dilə gətirdiyi bu ifadə məni həmişə düşündürür.
İnkişaf edən texnologiya nəticəsində yaranan qırışları açacaq bir ütü hələ də kəşf edilməyib. Yaşlanmanın qarşısını almaq və əngəlləmək mümkün olmayan bir prosesdir.
Bu gün nə etməliyik? Xüsusilə nəsillərarası mübarizəni yaşamamaq üçün? Nəsillərarası fərq hər zaman böyüklərlə və uşaqlarımızla aramızda daima yaşadığımız bir prosesdir.
Amma bu proses də bir ailənin var olmasını göstərir. Çox illər əvvəl nənəm və babalarım, atamla, indi isə uşaqlarımızla yaşadığım zamanın ən maraqlı, ən xoşbəxt anlar olduğunu həmişə hiss edirəm.
Artıq Analar gününü, Atalar gününü də sevmirəm, çünki həmişə bir kədər duyuram.
Həyat yoldaşım dilə gətirməsə də, onun da eyni duyğuları yaşadığını hiss edirəm. Bilirəm ki, yoldaşım da ürəyindən eyni hissləri keçirir. Uşaqlarımızın bizi təbrik etməsi içimizin ağrısını azaldır. Çox uzaqlardan onları izləyən rəhmətlik böyüklərimiz də yaşasaydılar onlarla qürur duyardı.
İnsan dayandığı ən sağlam divarın ailəsi olduğunu heç vaxt unutmamalıdır.
Yaşlılar günündə böyüklərə sevgi və hörmət göstərərkən onları ürəkdən sevgiylə qucaqlayıb üzlərinə təbəssüm qondurun.
Unutmayın ki, bir gün siz də o yaşlara gələcəksiniz...



