https://525.az/img/pics/medium/2026-07/396394_a23gx167ex.jpeg Anardan Əkrəm Əylislinin mükafat almasına münasibət
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

"Neftçi"nin titulsuz rəqibi

"Neftçi"nin titulsuz rəqibi

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Mladost" klubu 1950-ci ildə yaradılıb.

Qol.Az-ın məlumatına görə, ötən mövsüm Monteneqro çempionatını dördüncü pillədə başa vuran komanda tarixində ikinci dəfə Avropa Liqasında oynamaq hüququ əldə edib.

2006/2007 mövsümündən çıxış etdiyi Monteneqro yüksək liqasında heç bir titulu olmayan klubun Avropa arenasında debütü uğurlu alınıb. 2013/2014 mövsümündə ilkin təsnifat mərhələsində "Videoton" (Macarıstan), daha sonra "Senisa" (Slovakiya) klublarını mübarizədən kənarlaşdıran "Mladost" üçüncü mərhələdə "Sevilya" səddini aşa bilməyib.

Hər iki oyunda rəqibinə uduzan (1:6, 0:3) Monteneqro təmsilçisi turnirlə vidalaşıb. Komandanın ilk dəfə qarşılaşacağı "Neftçi"yə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Momçilo Vujoseviçin sahibi olduğu klubu Aleksandr Nedoviç çalışdırır. Podqoritsa şəhərini təmsil edən "Mladost" ev oyunlarını 2 min tamaşaçı tutumuna malik stadionda keçirir. Ağ-qırmızı rəngli formalardan istifadə edən komanda əsasən yerli futbolçulardan təşkil olunub.

Qeyd edək ki, "Neftçi" və "Mladost" komandaları arasında ilk oyun iyulun 2-də, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.