"Azərsu" ASC-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Ş.Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar dekabrın 18-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş.Əzizbəyov, A.Qurbanov, M.İbrahimov küçələrinə içməli su fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.