https://525.az/img/pics/medium/2026-07/396394_a23gx167ex.jpeg Anardan Əkrəm Əylislinin mükafat almasına münasibət
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

“Atletiko”da “Land of fire Azerbaijan” erası bitdi!

“Atletiko”da “Land of fire Azerbaijan” erası bitdi!

"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.

Bu isə o deməkdir ki, Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində "Plus500" yazılı formalarla çıxacaq. Yeni formaların ictimaiyyət üçün rəsmi təqdimat mərasimi bu gün keçiriləcək. Klubun saytı isə artıq  "Plus500" şirkətinin adı olan formanın şəkilini paylaşıb.

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.