|
|
|
|

Bakı və Abşeron yarımadasında dekabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 19-dan 21-dək ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.



