|
|
|
|

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama görüşü keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Rusiya “Lokomotiv” ilə qarşılaşacaq.
Bu barədə Moskva klubunun rəsmi saytı xəbər yayıb. Oyun iyulun 7-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın yoxlama oyununda qüvvəsini sınayacaq digər rəqibi Avstriyanın "SV Horn" klubudur.



