|
|
|
|

İspaniya Peşəkar Futbol Liqası (LFP) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının vaxtının dəyişdirilməsi üçün FİFA arbitraj məhkəməsinə (CAS) müraciət edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə LFP-nin prezidenti Xavyer Tebas məlumat verib. O bildirib ki, mundialın noyabr-dekabr tarixlərində oynanılması İspaniya La Liqasına 65 milyon avro zərər vuracaq.
LFP-nin prezidenti Xavyer Tebas digər böyük liqaların - İngiltərə Premyer Liqası, Almaniya bundesliqası və İtaliya A seriyasının da onlara dəstək verdiyini söyləyib:
“Digər ölkə liqaları da bizə dəstək verirlər, ancaq onlar bununla bağlı müraciət etmək istəmədilər. Çünki FİFA-dan qorxurlar. Heç kim hüquqlarını müdafiə etmək üçün şikayət etməkdən qorxmamalıdır”.
Qeyd edək ki, FİFA "DÇ-2022"nin 20 noyabr - 18 dekabr tarixlərində keçiriləcəyini açıqlayıb.



