|
|
|
|

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Neftçi"nin rəqibi olan "Mladost"un baş məşqçisi Nikola Rakoyeviçin oyundan öncəki mətbuat konfransı baş tutmayıb.
Qol.Az-ın məlumatına görə, buna komandanın stadiona nəzərdə tutulduğundan gec gəlməsi səbəb olub.
Rəqib çalışdırıcı saat 20:30-da jurnalistlərin suallarını cavablandırmalı idi. Lakin "Mladost"u müşayiət edən yol polislərinin arenanın yolunu tapa bilməməsi səbəbindən Monteneqro təmsilçisinin 8-ci km qəsəbə stadionuna gəlişi gecikib.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Mladost" oyunu bu gün saat 21:00-da başlayacaq.



