|
|
|
|

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində növbəti görüşlər keçirilib.
Qol.Az-ın məlumatına görə, klublarımızdan meydana ilk olaraq Bakı "İnter"i çıxıb.
Paytaxt təmsilçisi Albaniyada "Laçi"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
2 iyul
Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu
20:30. "Laçi" (Albaniya) - "İnter" (Azərbaycan) - 1:1
Qollar: Meto, 20 (1:0), Nika Kvekveskiri, 47 (1:1)
Hakimlər: Karlos del Kerro, Xuan Yuste, Abraham Alvares Santon, İnaki Visente Qarrido (hamısı İspaniya)
Albaniya, Laçi. "Laçi" stadionu



