https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
search
2 İyul 2026
1 İyul 2026

Pargalı İbrahımin ölüm zamanı gəldi- "Mühteşem Yüzyıl"

Pargalı İbrahımin ölüm zamanı gəldi- "Mühteşem Yüzyıl"

Türkiyənin köşə yazarı Cengiz Semercioğlu "Mühteşem Yüzyıl"da Pargalı İbrahımi gözləyən təhlükədən yazıb.

"Hürrəm büründü, namaz qılır. Baş nazirin çıxışından sonra serialda dekolte paltar görünmür. Serial yanvar ayında daha da mühafizəkar olacaq. Çünki iki-üç həftə sonra Pargalının öldüyü seriyalar yayımlanacaq, Okan Yalabık serial heyətindən ayrılacaq.

Tarixdə 1536-cı ilin Ramazan ayında Pargalı öldürülür. İftar yeməyi üçün saraya dəvət edilən baş vəzir Sultan Qanuninin əmriylə dörd dilsiz cəllad tərəfindən boğulur.
 
Qısacası qarşıdakı həftələrdə serialda Ramazan süfrələri qurulacaq, iftar duaları ediləcək. Dini motivlər baş nazirin istədiyi kimi qabardılacaq.

İstər "tarixin gedişatı belədir, Qanuni "Ebusuud"dan sonra mühafizəkar olub" deyilsin, istərsə baş nazirin istəyi kimi qəbul edilsin. Bu mübahisələr bitməyəcək".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.