Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın meyiti Azərbaycana göndərilmək üçün İstanbul Atatürk Hava Limanına gətirilib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, meyit hazırda aeroportun “Kargo” bölümündədir.
Meyitin Bakıya göndərilməsi üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında “Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılaraq, məhkəmə-tibb ekspertizasına götürülən S. Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib.
Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək.