Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən Zabitlər evi sökülüb. Həmin ərazidə möhtəşəm bina tikiləcək.
Səbail Rayon İcra Hakimiyyətindən Milli.Az-a fakt təsdiqlənib. Bildirilib ki, Zabitlər evinin bir hissəsi sökülüb. Həmin ərazidə möhtəşəm bina tikiləcək. Tikiləcək binanın təyinatı hələlik məlum deyil.
Qeyd edək ki, Zabitlər evində 2006-cı ilin iyununda güclü yanğın olub. Həmin yanğından sonra bina yararsız hala düşüb.