|
|
|
|

cGecə saatlarından başlayan leysan yağışları yenidən Lənkəranda problemlərə səbəb olub.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrindən keçən kanalların yararsız vəziyyətdə olması, vətəndaşlar tərəfindən suötürücü qurğuların zibil və məişət tullantıları ilə doldurulması, su borularının oğurlanaraq, aparılması hər dəfə eyni vəziyyətin yaranmasına gətirib çıxarır.
Hazırda güclü yağış yağmaqda davam edir.



