Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.
525.az-ın verdiyi məlumata görə, Sian şəhərinin beynəlxalq aeroportunda dövlət başçısını şəhərin rəsmi şəxsləri qarşılayıblar.