|
|
|
|
Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, teatr kollektivinin səfəri Gənc Tamaşaçılar Teatrı və Rusiya Federasiyasının Kalmık Respublikasında fəaliyyət göstərən Milli Dram Teatrı rəhbərlikləri arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən 1-3 mart tarixlərində reallaşacaq.
Teatr kollektivi Bakı tamaşaçılarına iki tamaşa təqdim edəcək. Onlardan biri – uşaqlar üçün “Ağ ayın nağılı”, ikincisi – italyan dramaturqu Karlo Qaldoninin böyüklər üçün iki hissəli komediyası “Mehmanxana sahibəsi” tamaşasıdır.
Bu ilin noyabrında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Kalmık Respublikasına qastrol səfəri edəcək.
Bu səfər zamanı teatr iki tamaşa təqdim edəcək.
GÜNEL



