|
|
|
|

“Qlobal iqtisadi böhran dünya ölkələri arasında əsas olaraq neft ixrac edən dövlətlərə təsir edib. Neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan kimi neft resusrlarına malik ölkələrinin büdcəsində azalmalara gətirib çıxarıb”.
Bu sözləri iqtisadçı ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, neftdən gələn gəlirlərin azalması fonunda ölkəyə gələn valyuta ehtiyatlarının artırılması üçün qeyri-neft sektorunun inkişafı vacibdir: “Bu baxımdan, xüsusilə kənd təsəssüfatı, qara metallurgiya, eləcə də neftlə əlaqəsi olmayan və ya dolayı əlaqəyə malik sənaye sahələrinin inkişafına ehtiyac var”.
Ekspert qeyd edib ki, dövlət büdcəsinə neft fondundan transfer olunan gəlirlər azaldığı üçün xarici investisiya hesabına Azərbaycanda həm informasiya tenologiyaları sənayesi, həm qida sənayesini, həm də yüngül səneyini inkişaf etdirmək lazımdır:
“Həmçinin, ölkədə xammal sənayesinin yaradılmasi zəruridir. Çünki ölkədə baş verən qiymət artımın səbəblərindən biri də Azərbaycanın xammal potensialının zəyif olmasıdır. Bunun nəticəsində yerli istehsal müəssisələri xammam məhsullarını bir hissəsinin xaricdən gətirməyə məcbur olur ki, bu da qiymətlərin artmasına gətirib çıxarır. Ona görə də, biz daxili istehsalı artırmaqla bərabər məhsulların hazırlanmasında əsas rol oynayan xammalın da istehsalını həyata keçirməliyik. Belə olan halda, dünyada baş verən iqtisadi böhranın yerli istehsala təsirlərini maksimum azaltmaq mümkün olacaq”.
Ceyhun ABASOV



