“Koalisiya qüvvələri "İŞİD"lə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə etməyə qərar verib".
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.
O bildirib ki, İraq və Suriyada "İŞİD"lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar da keçiriləcək:
“Biz daha çox işlər görmək istəyirik, çünki biz "İŞİD"ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.
K. Eşton "İŞİD"i İraqın Mosul və Suriyanın Rakka şəhərlərindən çıxarmaq istədiklərini söyləyib.