|
|
|
|

Qazaxıstanda qəzaya uğrayan təyyarədə azərbaycanlının həlak olması barədə məlumat təkzib edilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya bildirilib ki, Astana Nəqliyyat Prokurorluqdan əvvəlcə yanlış olaraq Əkrəm Nizamov adlı sərnişinin Azərbaycan vətəndaşı olduğu açıqlanıb.
Lakin araşdırmalardan və onun hansı sənədlərlə aviabilet alması müəyyən olunduqdan sonra məlum olub ki, Ə. Nizamov Özbəkistan vətəndaşıdır
15:47
Əkrəm Nizamovun hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilir
Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanlar arasında Əkrəm Nizamov adlı azərbaycanlı da var. Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, həlak olanlar barədə məlumat Astana şəhər nəqliyyat prokurorluğundan verilib. Qəzada dünyasının dəyişən azərbaycanlının vətəndaşlığı dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün Qazaxıstanda “SCAT” aviaşirkətinə məxsus olan, Kokçetau-Almata reysini həyata keçirən təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərin hamısı həlak olub. Qəzanın Almatıda hava şəraitinin dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir.



