|
|
|
|
ABŞ-ın yeni dövlət katibi müəyyənləşib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Con Kerrinin namizədliyi dünən əvvəlcə Senatın Xarici Əlaqələr Komitəsində, daha sonra isə Senatda səsverməyə qoyulub. Senatda 3 nəfər Kerrinin bu vəzifəyə gətirilməsinin əleyhinə, 94 nəfər isə lehinə səs verib.
Obamanın etibar etdiyi isimlərdən biri olan və soyuqqanlılığı, təcrübəsi, əlaqə qurma bacarığı ilə tanınan Kerri Senatdakı karyerası boyunca prezidentin qeyri-rəsmi nümayəndəsi kimi fəsliyyət göstərib. Con Kerri Obamanın adından Əfqanıstan, Pakistan, Misir kimi ölkələrə gedərək problemlərin həllində rol oynayıb.
Kerrinin dövlət katibi vəzifəsi dövründə də qarşısında çətin vəzifələr durur. Suriyadakı gərginlikdən Şimali Koreya və İranın nüvə proqramlarına, "ərəb baharı" ndan sonra Yaxın Şərq və Şimali Afrikadakı proseslərə, İsrail-Fələstin probleminə qədər bir çox çətin məsələ Kerrini gözləyir.
Yeni dövlət katibinin xüsusilə Yaxın Şərqə diqqət ayırması gözlənilir.