|
|
|
|

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir.
İki ölkə arasında məhkəmə-hüquq sahəsində əlaqələrə dair fikir mübadiləsi aparmaq məqsədi daşıyan səfər çərçivəsində görüşlər keçiriləcək, Çin Xalq Ali Məhkəməsi ilə əməkdaşlığa dair memorandum imzalanacaq.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Milli Məhkəmə Akademiyasında və Məhkəmə muzeyində olacaq, Çin Xalq Ali Məhkəməsinin informasiya bürosunun, kiçik və orta tribunalının fəaliyyəti ilə tanış olacaq.
Nümayəndə heyəti paytaxt Pekindən sonra Şanxayda xalq məhkəməsində görüşlər keçirəcək, yerli məhkəmələrin birində məhkəmə prosesini izləyəcək.
AzərTAc



