
"Ölkə prezidenti İlham Əliyevin növbəti əfv fərmanı ilə bir qrup məhbusun əfv edilməsi, azad olunması çox müsbət addımdır və bu hər kəs tərəfindən alqışlanmalıdır".
Bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
O, deyib ki, indiyə kimi də ölkə Prezidenti tərəfindən dəfələrlə əfv fərmanları verilib və vaxtı ilə müəyyən qanuna, hüquqazidd əməllərə yol verdiklərinə görə azadlıqdan məhrum edilən onlarla, yüzlərlə şəxs bu humanist siyasət, əfv fərmanları nəticəsində yenidən azadlıqlarına, ailələrinə qovuşub, öz fəaliyyətlərini davam etdiriblər.
"Bu siyasətin davamı olaraq da bu gün daha bir qrup məhbus əfv edilərək yenidən öz azadlığına, ailəsinə qovuşdu. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti və xüsusilə də, dövlət başçısı necə ədalətli və humanist insandır. Bilirsiniz, əfv, bağışlamaq böyük və müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətlərdir. Bizim dövlətin başçısı da əfv etməyi, bağışlamağı bacaran məhz həmin müdrik və aqil dövlət adamlarındandır"-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.
Kamil Həmzəoğlu



