“Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru” Rövşən Canıyevin ölüm xəbəri yayılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyana qarşı sui-qəsdin təşkilində şübhəli sayılan 38 yaşlı Azərbaycan əsilli “qanuni oğru” bu günlərdə İstanbulda güllələnmişdi.
Rövşən Canıyevin İstanbula gəlməkdə məqsədi Dubaya getmək olub. Canıyevin İstanbuldakı klinikaların birində öldüyü deyilir.