“Aprelin əvvəllərində erməni təcavüzü nəticəsində dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yerləşən məscidlərdən daima başqa məqsədlər üçün istifadə ediblər:
“Sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib”.
Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, Əhmədağalı kəndinin ərazisində yerləşən məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Bir nəfər mülki şəxs həlak olub, məscidə ciddi ziyan dəyib.