Prezident İlham Əliyev Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatlna görə, Azərbaycan milli mətbəx mədəniyyətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Əliyev Oruc Nağı oğlu və Əmiraslanov Tahir İdris oğluna “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.