Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Hüseynqulu Sarabski adına Mədəniyyət evinin kollektivi 9 May Faşizm üzərində Qələbənin 71-ci il dönümü münasibətilə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayında Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayram, Şəmistan Əlizamanlı və Yaqut Babayeva ilə əsgərlərin görüşünü təşkil edib.
Mədəniyyət evindən 525.az-a verilən məlumata görə, tədbirin açılışında Ədliyyə Nazirliyi Penensiar Xidmətinin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, polkovnik-leytenantı İntiqam Əliyev, Pentensiar xidmətin mühafizə alayının komandirinin tərbiyə işləri üzrə müavini Əfqan Nəbiyev və Mədəniyyət Evinin direktoru Tərlan Akçay çıxış edib, qələbənin vacibliyi, Azərbaycana, eləcə də bütün dünyaya verdiyi töfhədən danışıb, ölkəmizin qələbənin qazanılmasında önəmindən söz açıblar.
Sonra tədbir konsert proqramı ilə davam etdirilib.