|
|
|
|
"Mühteşem yüzyıl" serialında rejissor və ssenari səhvləri yenə də gündəmdədir.
525.az Türkiyə mediasına istinadən oxucuların serialda tapdığı son səhvləri təqdim edir.
"Mühteşem yüzyıl"-ın son bölümündə Diyarbakır-ın adı çəkilir. Ancaq şəhərə bu ad 1937-ci ildə verilib. O vaxta qədər isə şəhər Karaamid, Amidiye, Diyar-i Bekir adlanıb.
Eyni serialda Damat İbrahim Paşa Bağdada səfər etmək üçün detaları açıqlayarkən istifadə etdiyi xəritə 1663-1724-cü illərdə yaşamış alman coğrafiyaçısı Johann Homann tərəfindən çəkilib. Bağdada səfər isə 1534-cü ildə baş tutub.