Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.
525.az-ın verdiyi məlumata görə, 1950-ci ildə BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Bu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir.
Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.