|
|
|
|
Novruz Məmmədov: “Belə təbrik olubsa, bu, Türkiyə xalqının, Türkiyə prezidentinin mövqeyidir”
Ermənistanda keçirilən seçkilərlə bağlı proseslər həddən artıq ziddiyyətlidir. Ölkənin özündə bu məsələ ilə bağlı çox mühüm proseslər gedir. Bir sıra partiya və dairələr seçkilərin nəticələrini qəbul etmirlər”. APA-nın məlumatına görə, Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov Türkiyə prezidenti Abdullah Gülün Ermənistanda prezident seçildiyi elan olunan Serj Sərkisyana təbrik məktubu göndərməsi barədə xəbəri jurnalistlərə belə şərh edib.
O seçkilərin rəsmi nəticələrinin təsdiqlənmədiyini xatırladıb: “Mən Ermənistana seçkilərlə bağlı bir-iki təbrik göndərildiyini eşitmişəm. Mətbuatdan oxudum ki, Türkiyə prezidenti Abdullah Gül Sərkisyana təbrik göndərib. Bu barədə məndə dəqiq məlumat yoxdur. Əgər olubsa belə, əvvəlcə bir qədər araşdırma aparmalıyam. Çünki belə başa düşürəm ki, Türkiyə ilə Ermənistan arasında heç diplomatik əlaqələr də yoxdur. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra düşünürəm ki, müəyyən mövqe bildirmək mümkün olacaq. Əgər belə bir təbrik olubsa, bu, Türkiyə xalqının, Türkiyə prezidentinin mövqeyidir. Amma məndə bu barədə dəqiq məlumat yoxdur”