Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıya - Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna gətirilib.
İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, bir günlük körpə reanimasiya şöbəsinə yerləşdirilib.
Onun sözlərinə görə, körpə bir həftə tez doğulub və ağır vəziyyətdədir: “Körpədə marfofunksional yetişməzlik var. Reanimasiyada yerləşdirilən körpəyə bütün tibbi yardım göstərilir”.
Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.