|
|
|
|
Rusiyanın energetika naziri Aleksandr Novak ehtiyac duyulduğu halda ölkəsinin neft hasilatı səviyyəsini “dondurmaq” üçün hazır olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının “Asharq al-Awsat” qəzetinə müsahibəsində A.Novak neft bazarında sabitliyin ancaq 2017-ci ildə mümkün olacağını ifadə edib.
Nazir Səudiyyə Ərəbistanı ilə danışıqlarının istər çoxlu tərəflər, istərsə də ikitərəfli formatda konkret formada davam etdiyini bildirib.
Qeyd edək ki, böyük neft istehsalçılarının toplaşacağı qeyri rəsmi yığıncağın gələn ay Əlcəzairdə keçirilməsi planlaşdırılır. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində bir araya gəlməsi gözlənilir.