1919–cu il. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.
Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları günü kimi qeyd olunur.
1993–cü il. BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.
1992-ci il. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Azərbaycandan çıxarılıb.
Hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanıb.
1850-сi il. Görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak vəfat edib.
O, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədii ensiklopediyası olan “Bəşəri Məzhəkə”sinin müəllifidir.