Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə Cenevredə keçirdiyi danışıqların nəticələri ilə bağlı açıqlama verilməsini 13 saatdan çox gözləyən jurnalistlərə qonaqlıq verməyi qərara alıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov digər diplomatlarla birgə KİV əməkdaşlarına 6 qutuda pitsa və bir bağlamada bir neçə şüşə araq gətirib.
Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, pitsa ABŞ, spirtli içki Rusiya nümayəndə heyətindəndir.
Sergey Lavrovla Con Kerri Cenevredə Suriyadakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar aparıblar.