Azərbaycan prezidenti İlham Əliyev bu gün Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlığın önəmi qeyd olunub, bp-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkələrimizin Avratlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzərTac